Cümə, 20 Noyabr, 2026
Tarix: 20 Nov 2026 00:37
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə noyabrın 19-da saat 23 radələrində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 35 yaşlı Vasif İsmayılov hadisə yerində ölüb, onun həmyaşıdı Nurlan Cəbrayılov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
İlham Əhmədov göyçay qəza
Mənbə: apa.az