Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri üçün Konqresə müraciət etməyə hazırdır

Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri üçün Konqresə müraciət etməyə hazırdır

Tarix: 20 Nov 2026 01:49

ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üçün Konqreslə işləməyə hazırdır.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, o və ABŞ Prezidentinin digər xüsusi nümayəndəsi Stiv Uitkoff Trampla Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını müzakirə ediblər.

“Biz ondan belə zəmanətlərin verilməsi ideyasına açıq olub-olmadığını soruşduq. O isə cavab verdi: ‘Əlbəttə. Bunları yazılı şəkildə hazırlayın. Şübhəsiz ki, Konqres vasitəsilə hərəkət etməliyəm. Biz bunu məsuliyyətli şəkildə, mənim prinsiplərimə və dəyərlərimə uyğun həyata keçirəcəyik’”, – Kuşner bildirib.

ABŞ Prezidentinin nümayəndəsi Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında ciddi irəliləyiş əldə olunduğunu qeyd edib.

O əlavə edib ki, müharibədən sonrakı dövrdə Ukraynanın iqtisadi bərpası və inkişafı planı üzərində də iş aparılır.

Kuşnerin sözlərinə görə, bu istiqamətdə Dünya Bankı, ABŞ-ın “BlackRock” investisiya şirkəti və Ukrayna Prezidenti Volodimir Zelenskinin komandası ilə əməkdaşlıq edilir.

ABŞ Donald Tramp Cared Kuşner Stiv Uitkoff Ukrayna təhlükəsizlik zəmanətləri Konqres Dünya Bankı BlackRock Volodimir Zelenski

Mənbə: apa.az

Xəbər Lenti