Qızılın qiyməti kəskin ucuzlaşıb

Qızılın qiyməti kəskin ucuzlaşıb

Tarix: 20 Nov 2026 02:36

Dünya bazarında qızılın qiyməti 2025-ci il sentyabrın 8-dən bəri ilk dəfə bir troya unsiyası üçün 3650 dollardan aşağı düşüb.

“Comex” birjasının məlumatına görə, 2026-cı ilin dekabrında çatdırılma nəzərdə tutulan qızıl fyuçerslərinin qiymətində ciddi azalma qeydə alınıb.

Bakı vaxtı ilə saat 01:23-də qızılın bir troya unsiyasının qiyməti 2,49 faiz azalaraq 3648,8 dollar təşkil edib.

Saat 01:33-də isə ucuzlaşma sürətlənib və qiymət 3 faiz azalaraq 3629,8 dollara enib.

Qızıl qızılın qiyməti dünya bazarı Comex birja fyuçers qiymət azalması qiymətli metallar iqtisadiyyat

Mənbə: apa.az

Xəbər Lenti