Cümə, 20 Noyabr, 2026
Tarix: 20 Nov 2026 00:57
İran raketlərinin uçuş məsafəsinin 4 500 kilometrə çata bildiyini və ABŞ-ın Avropadakı hərbi bazalarının da potensial hədəfə çevrilə biləcəyini bəyan edib.
İranın SNN agentliyinin məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhebi bildirib.
Onun sözlərinə görə, İran əvvəllər Hind okeanında ABŞ və Böyük Britaniyanın birgə hərbi bazasının yerləşdiyi Dieqo-Qarsiya adası istiqamətində raket imkanlarını nümayiş etdirib.
“Biz daha əvvəl Dieqo-Qarsiya adası istiqamətində 4 500 kilometrədək uçuş məsafəsinə malik raket potensialımızı nümayiş etdirmişik”, – deyə Möhebi bildirib.
SEPAH rəsmisi qeyd edib ki, raketlərin uçuş məsafəsinin 2 min kilometrlə məhdudlaşdırılması barədə qərar əvvəlki ali rəhbərin göstərişi ilə qəbul olunmuşdu.
Onun sözlərinə görə, hazırkı ali rəhbər müvafiq əmr verərsə, İran ABŞ-ın Avropadakı hərbi bazalarına da zərbə endirə bilər.
Möhebi İranın raket potensialının geniş coğrafiyada əməliyyatlar keçirməyə imkan verdiyini iddia edib.
İran tərəfinin raketlərin uçuş məsafəsi və imkanları barədə açıqlamaları müstəqil şəkildə təsdiqlənməyib.
İran SEPAH Hüseyn Möhebi ABŞ Dieqo-Qarsiya Böyük Britaniya ballistik raketlər hərbi bazalar Avropa SNN
Mənbə: apa.az