Britaniya və Fransa Suriyada İŞİD bazasına aviazərbə endirib

Tarix: 04 Jan 2026 09:25

Böyük Britaniyaya və Fransa yanvarın 3-də Suriyanın Palmira şəhərinin şimalındakı dağlıq ərazidə yerləşən İŞİD terror təşkilatına məxsus yeraltı obyektə aviazərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

İŞİD-in bu obyektdən silah və partlayıcı maddələrin saxlanması üçün istifadə etdiyi ehtimal olunur.

Böyük Britaniya Fransa Suriya İŞİD

Xəbər Lenti