Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 17:16
Əbu-Dabidə Ukrayna nümayəndə heyəti ilə danışıqlar rus dilində aparılır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov bildirib.
O, Ukrayna tərəfi ilə danışıqların rus dilində aparıldığını vurğulayıb.
Qeyd edək ki, Əbu-Dabidə danışıqlar ötən həftənin sonunda baş tutub. Danışıqlarda ABŞ nümayəndə heyəti də iştirak edib.
Danışıqların növbəti raundunun fevralın 1-də keçiriləcəyi açıqlanıb.
Fərid Əkbərov Əbu-Dabi Rusiya-Ukrayna danışıqları