Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 19:20
Avropa İttifaqı Şurası Rusiyanı çirkli pulların yuyulması ilə mübarizə üzrə Aİ-nin “qara siyahı”sına daxil edən qərarın qüvvəyə mindiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə bildiriş Şuranın rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, “qara siyahı” Avropa banklarına siyahıda olan ölkələrlə bağlı bütün əməliyyatlara nəzarəti gücləndirmək üzrə əlavə öhdəliklər qoyur.
İlqar Xudiyev Avropa İttifaqı Şurası çirkli pulların yuyulması Rusiya qara siyahı