Cümə, 30 Yanvar, 2026
Tarix: 29 Jan 2026 20:53
“Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanımaq qərarı İran xalqına qarşı düşmənçiliyin təzahürüdür və bu addımın nəticələri Avropa siyasətçilərinin üzərinə düşəcək”.
APA xəbər verir ki, bu sözlər İran ordusunun Baş Qərargahının məsələ ilə bağlı yaydığı açıqlamada öz əksini tapıb.
"Avropa Birliyinin məntiqsiz, məsuliyyətsiz və nifrət dolu hərəkətləri, şübhəsiz ki, bu ölkələrin liderlərinin İran xalqı kimi ləyaqətli xalqa, onun silahlı qüvvələrinə və ölkənin təhlükəsizliyinə və müstəqilliyinə qarşı düşmənçiliyinin və nifrətinin dərinliyini əks etdirir", - açıqlamada deyilir.
Qeyd edək ki, Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdığını açıqlayıb.