Tramp: ABŞ HAMAS-ın silahı yerə qoymasını gözləyir

Tarix: 29 Jan 2026 22:31

“ABŞ HAMAS hərəkatının silahları yerə qoymasını gözləyir”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin Ağ Evdə keçirilən iclasında deyib.

"İndi isə HAMAS-ın silahlarını yerə qoymasını istəyirik, elə deyilmi? İnsanların çoxu onların heç vaxt silahı yerə qoymayacaqlarını deyirdi. Görünür, onlar silahı yerə qoyacaqlar", - Tramp bildirib.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında İsrail və HAMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Növbəti gün isə Qəzza zolağında atəşkəs qüvvəyə minib.

Xəbər Lenti