Cümə, 30 Yanvar, 2026
Tarix: 30 Jan 2026 02:23
“ABŞ və Avropa arasında bölünmə baş verərsə, Avropanın öz müdafiə potensialını artırması zəruri olacaq”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Türkiyə XİN başçısı Avropanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, əks halda Avropa böyük güclərin təsiri altında qalacaq.
“Birləşmiş Krallıq, Türkiyə və iri Avropa ölkələri bir araya gələrək Avropanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmalıdır. Ortaq təhlükəsizlik potensialı olmadan region böyük güclərin təsiri altında qalacaq. Türkiyə, Fransa və Almaniya kimi ölkələr müstəqil qərarlar verə bilsələr, nə ABŞ-ın, nə də Çin və Rusiyanın təsir dairəsinə düşməyə ehtiyac qalmaz. Avropa ya təhlükəsizlik məsələsində ABŞ-la yoluna davam etməli, ya da öz ağırlıq mərkəzini yaradaraq regionda sabitlik təmin etməlidir”, – Hakan Fidan əlavə edib.
Dəryanur Cəfərova