Cümə, 30 Yanvar, 2026
Tarix: 30 Jan 2026 07:43
ABŞ prezidenti Donald Tramp ümid edir ki, ABŞ İrana qarşı hərbi güc tətbiq etmək məcburiyyətində qalmayacaq.
APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Vəzifədə olduğum ilk müddətdə ordunu qurdum. İndi isə İran adlanan yerə gedən bir qrupumuz var. Ümid edirəm ki, bundan istifadə etmək məcburiyyətində qalmayacağıq", - o deyib.