ABŞ-da qar fırtınasında ölənlərin sayı 85-ə çatıb

Tarix: 30 Jan 2026 11:03

ABŞ-da qar fırtınasında ölənlərin sayı 85 nəfərə çatıb.

APA “Associated Press”ə istinadən xəbər verir ki, ölüm hallarının yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında baş verib.

Əlverişsiz hava şəraiti səbəbindən ötən həftənin sonundan bəri ölkədə on minlərlə aviareys ləğv edilib.

Təxminən 220 min abonentin elektrik enerjisi kəsilib.

Kəskin hava şəraitinin həftə sonu da davam edəcəyi gözlənilir.

Toğrul Quluzadə ABŞ soyuq kəskin hava şəraiti qar fırtınası

Xəbər Lenti