Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb

Tarix: 30 Jan 2026 13:36

2025-ci ildə Ukraynanın hücumları nəticəsində Rusiyada 1000-dən çox mülki şəxs həlak olub. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib. O qeyd edib ki, Ukraynanın hücumları nəticəsində 2025-ci ildə ümumilikdə 5418 nəfər yaralanıb və ya şikəst olub. "Ən azı 1065 mülki şəxs həlak olub", - rusiyalı diplomat qeyd edib.

Fərid Əkbərov Ukrayna Rusiya müharibə

Xəbər Lenti