Türkiyəli tanınmış müğənni Fatih Yürek vəfat edib

Tarix: 30 Jan 2026 21:56

Türkiyəli tanınmış müğənni və aparıcı Fatih Yürek vəfat edib. APA "Huriyyet"ə istinadən xəbər verir ki, 59 yaşlı müğənni infarkt keçirib. Qeyd edək ki, sənətçinin ötən il oktyabrın 15-də evində halı pisləşib. Müğənni xəstəxanaya yerləşdirilib. Həkimlər ürəyi 20 dəqiqə dayanan sənətçini həyata qaytara bilsələr də, bu müddətdə aparılan müalicələr nəticəsiz qalıb, Fatih Yürek bu gün dünyasını dəyişib.

Xəbər Lenti