Şənbə, 31 Yanvar, 2026
Tarix: 30 Jan 2026 23:15
“Evdə tək” filmlərində baş qəhrəmanın anasını canlandıran amerikalı aktrisa Ketrin Ohara 72 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə "TMZ" portalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, aktrisa yanvarın 30-da dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.
Ketrin Ohara 1990-cı ildə çəkilmiş "Evdə tək" və 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2: Nyu-Yorkda itmiş" filmləri ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.