Bazar, 26 İyul, 2026
Tarix: 31 Jan 2026 00:51
Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib. APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyaya səfəri çərçivəsində Laricani ilə görüş Kremldə baş tutub. Kremlin mətbuat xidməti Putin-Laricani görüşünün təfərrüatlarını açıqlamayıb. Qeyd edək ki, yanvarın 30-da Rusiya KİV-i İran İslam Respublikasının dövlət rəsmisinə məxsus təyyarənin Moskvanın Vnukovo hava limanına endiyi haqqında məlumat yaymışdı.
Fərid ƏkbərovMənbə: apa.az