ISW: Ukrayna qoşunlarının Xarkov və Donetsk vilayətlərində uğurları var

ISW: Ukrayna qoşunlarının Xarkov və Donetsk vilayətlərində uğurları var

Tarix: 01 Feb 2026 10:19

Ukrayna qoşunları Xarkov vilayətinin şimalında və Konstantinovka–Drujkovka taktiki istiqamətində irəliləyiblər. Eyni zamanda Rusiya ordusu Pokrovsk və Qulyaypole istiqamətlərində müəyyən uğurlar əldə ediblər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Analitiklərin məlumatına görə, yanvarın 30-na aid geolokasiyalı videoyazılar Müdafiə Qüvvələrinin bu yaxınlarda Xarkovun şimal-şərqində yerləşən Nesternoye ərazisinin şimal hissəsində irəliləyə bildiyini göstərir.

Hesabatda, həmçinin, Ukraynanın 16-cı Ordu Korpusunun yanvarın 31-də yaydığı məlumata istinad edilir. Bildirilir ki, Rusiya qoşunları Ukrayna pilotsuz uçuş aparatlarının əməliyyatlarına mane olmaq üçün əlverişsiz hava şəraitindən istifadə edərək daha tez-tez hücumlar həyata keçirir və bu, ukraynalı döyüşçülərin ciddi şəkildə tükənməsinə səbəb olur.

Bundan əlavə, Xarkov istiqamətində fəaliyyət göstərən Ukrayna briqadası məlumat verib ki, Rusiya tərəfinin Şebekino rayonu ərazisindən ТОС-1A termobarik artilleriya zərbələrinə cavab olaraq Ukrayna qüvvələri fiber-optik pilotsuz uçuş aparatlarının zərbələri vasitəsilə Belqorod vilayətində “zərbə zonasını” genişləndirir.

Ukrayna Rusiya-Ukrayna müharibəsi Xarkov vilayəti Donetsk vilayəti ISW cəbhə vəziyyəti Pokrovsk istiqaməti Qulyaypole istiqaməti pilotsuz uçuş aparatları hərbi əməliyyatlar

Mənbə: apa.az

Xəbər Lenti