İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

Tarix: 01 Feb 2026 12:19

İranda episentri Buşehr əyalətinin Aseluye rayonunda yerləşən 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 18 kilometr dərinliyində baş verib. Hadisə nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İran Buşehr əyaləti Aseluye rayonu zəlzələ seysmoloji mərkəz təbii fəlakət yeraltı təkanlar

Mənbə: apa.az

Xəbər Lenti