Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Tarix: 01 Feb 2026 14:28

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

İki nəfərin üzərində amputasiya əməliyyatı aparılıb.

***

13:10

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, Türkiyənin Tekirdağ vilayətindən Antalya istiqamətinə hərəkət edən sərnişin avtobusu döngəni dönə bilməyərək aşıb. Qəza nəticəsində 8 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

https://t.me/apa_az/112882

Dəryanur Cəfərova

Mənbə: apa.az

Xəbər Lenti