Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 01 Feb 2026 14:51
Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. “Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”, – deyə dövlət başçısı əlavə edib.
Qeyd olunur ki, əvvəlki raund üçtərəfli formatda yanvarın 23–24-də keçirilib. Bununla yanaşı, fevralın 1-də Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ tərəfi olmadan Əbu-Dabidə danışıqlar aparacaqlar.
ABŞ-ın dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yeni görüşdə iştirak ehtimalını istisna etməyib.
***
14:10
Bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında sülh danışıqlarının ikinci raundu başlayır.
APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, hələ də həll olunmamış əsas məsələ ərazi problemidir.
Onun sözlərinə görə, Moskva Donbasın bir hissəsi üzərində nəzarət tələb edir.
Rusiya Ukrayna ABŞ sülh danışıqları Əbu-Dabi Marko Rubio Donbas ərazi məsələsi beynəlxalq diplomatiya
Mənbə: apa.az