Cümə axşamı, 9 İyul, 2026
Tarix: 01 Feb 2026 19:50
Pakistan hökuməti açıqlayıb ki, Pakistanın kriket millisinə T20 Dünya Kubokunda iştirak üçün icazə verilib, lakin komanda fevralın 15-də Hindistana qarşı keçirilməsi planlaşdırılan oyuna çıxmayacaq.
APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Rəsmi bəyanatda deyilir: “Pakistan İslam Respublikasının Hökuməti Pakistan Kriket Komandasının ICC World T20 2026 turnirində iştirakını təsdiqləyir. Bununla belə, Pakistan Kriket Komandası 15 fevral 2026-cı il tarixində Hindistana qarşı planlaşdırılmış matçda meydana çıxmayacaq.”
Bununla da Pakistan Kriket Komandası turnirdə iştirakını davam etdirəcək, lakin siyasi səbəblərə görə Hindistana qarşı oyunu boykot edəcək.
Pakistan Hindistan kriket T20 Dünya Kuboku ICC World T20 2026 idman boykotu Pakistan hökuməti beynəlxalq idman siyasi gərginlik
Mənbə: apa.az