Stiv Uitkoff sabah İsrailə səfər edəcək

Stiv Uitkoff sabah İsrailə səfər edəcək

Tarix: 02 Feb 2026 15:20

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sabah İsrailə səfər edəcək.

APA xəbər verir ki, bu barədə iki İsrail rəsmisi “The Times of Israel”ə məlumat verib.

Bildirilib ki, Uitkoff İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamirlə görüşlər keçirəcək.

Qeyd edək ki, bundan əvvəl Eyal Zamir Vaşinqtonda Pentaqon rəsmiləri ilə görüşüb.

Toğrul Quluzadə ABŞ Uitkoff İsrail Netanyahu Zamir

Mənbə: apa.az

Xəbər Lenti