Britaniya rusiyalı diplomatı ölkədən qovub

Britaniya rusiyalı diplomatı ölkədən qovub

Tarix: 02 Feb 2026 17:36

Rusiya səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya XİN məlumat yayıb.

Səfir XİN-ə çağırıldıqdan sonra Britaniya bir rus diplomatını ölkədən qovduğunu açıqlayıb. Bu addım Rusiyanın ingilis diplomatı casusluqda ittiham edib ölkədən çıxarmasına cavab olaraq atılıb.

Britaniya XİN Rusiyanın ittihamlarını əsassız adlandırıb.

“Rusiya tərəfindən atılacaq hər hansı bir əlavə addım eskalasiya hesab olunacaq və müvafiq cavab tədbiri ilə üzləşəcək”, - Britaniya XİN xəbərdarlıq edib.

Toğrul Quluzadə Böyük Britaniya Rusiya diplomat

Mənbə: apa.az

Xəbər Lenti