Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 02 Feb 2026 20:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir və Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı açıqlama verib.
Türkiyə lideri bildirib ki, səfərlər çərçivəsində ikitərəfli münasibətlər, İranla bağlı məsələlər, eləcə də regional proseslər müzakirə olunacaq.
Dəryanur CəfərovaMənbə: apa.az