Bazar, 26 İyul, 2026
Tarix: 03 Feb 2026 10:56
ABŞ İrana nüvə proqramı ilə bağlı razılaşmanın mümkün olduğuna dair siqnallar göndərir, lakin Vaşinqtonun təklifləri ultimatuma bərabərdir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Vaşinqtonun bugünkü leksikonunda "kompromis" sözünün olub-olmadığından əmin olmadığını qeyd edib.
Ryabkov vurğulayıb ki, ABŞ-ın İrana təklifləri ultimatuma bərabərdir və Vaşinqton xarici siyasətdə kompromis axtarmağı dayandırıb.
Fərid Əkbərov Rusiya XİN ABŞ İran nüvə proqramıMənbə: apa.az