Rusiyada 9-cu sinif şagirdi məktəbə silahlı hücum edib, müəllim yaralanıb

Rusiyada 9-cu sinif şagirdi məktəbə silahlı hücum edib, müəllim yaralanıb

Tarix: 03 Feb 2026 10:49

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada məktəbə silahlı hücum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, hücum edən doqquzuncu sinif şagirdi olub.

Onun pnevmatik tapança ilə müəllimə atəş açdığı bildirilib. Nəticədə müəllim yaralanıb.

Şagirdin saxlanıldığı bildirilib.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti