Bazar, 26 İyul, 2026
Tarix: 03 Feb 2026 12:13
Rusiya 2025-ci ildə 36 mindən çox Tacikistan vətəndaşını deportasiya edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Tacikistan Miqrasiya Xidməti məlumat yayıb.
Tacikistan Əmək Nazirliyindən isə bildirilib ki, deportasiyaya daha çox sənədlərin vaxtından gec qaydaya salınması səbəb olub.
2024-cü ildə isə 30 mindən çox Tacikistan vətəndaşının müxtəlif qanun pozuntularına görə Rusiyadan deportasiya edildiyi qeyd olunub.
Fərid Əkbərov Rusiya Tacikistan deportasiyaMənbə: apa.az