Bazar, 26 İyul, 2026
Tarix: 03 Feb 2026 22:40
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petronu qəbul edib. APA CNN-ə istinadən xəbər verir ki, danışıqlar qapalı formatda başlayıb. Məlumata görə, Donald Tramp son aylarda qarşılıqlı tənqidlərə baxmayaraq Qustavo Petro ilə münasibətlərinin yaxşılaşdığını bildirib.
Görüşdə tərəflərin bir sıra ikitərəfli məsələləri, o cümlədən narkotik qaçaqmalçılığına qarşı mübarizəni müzakirə edəcəyi gözlənilir.
Mənbə: apa.az