Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 03 Feb 2026 23:18
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında danışıqlarda iştirak edəcək.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
O əlavə edib ki, bu formatda keçirilən əvvəlki görüş “mahiyyət etibarilə tarixi” olub.
Mənbə: apa.az