Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları  qüvvədə qalır

Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır

Tarix: 03 Feb 2026 22:47

Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatının vurulmasına baxmayaraq, Vaşinqton və Tehran arasında danışıqlar qüvvədə qalır.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb. Qeyd edək ki, qısa müddət öncə "Reuters" agentliyi ABŞ hərbçilərinin Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sını vurduğuna dair məlumat yayıb. Məlumatı Pentaqon təsdiqləyib.

Mənbə: apa.az

Xəbər Lenti