Çərşənbə, 4 Ferval, 2026
Tarix: 04 Feb 2026 14:44
Yunanıstanın Xios adası yaxınlığında Egey dənizində miqrantlarla dolu qayıq sahil mühafizəsi gəmisi ilə toqquşub.
APA xəbər verir ki, bu barədə Yunanıstanın sahil mühafizəsi məlumat yayıb.
Qeyd olunub ki, qayıqda ən azı 39 miqrant olub. Hadisə nəticəsində 15 miqrant həyatını itirib, 25 nəfər isə xilas edilib.
Məlumata görə, xilas edilənlərin əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır. Onlar xəstəxanaya yerləşdiriliblər.
İlqar Xudiyev Yunanıstan miqrantların ölümü