Çərşənbə, 4 Ferval, 2026
Tarix: 04 Feb 2026 16:21
Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindsor “Epşteyn işi” ilə bağlı Vindzordakı kral malikanəsində yerləşən evini tərk edib.
APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Kralın qardaşının illərlə yaşadığı evi tərk etməsinin “Epşteyn işi” üzrə araşdırmaların nəticəsi ilə bağlı olduğu bildirilir.
Məlumata görə, o, Şərqi İngiltərədəki Norfolk əyalətindəki Sanderinqem malikanəsindəki kiçik bir kottecə köçüb.
İlqar Xudiyev