Zaxarova: Zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınması təşəbbüsü masa üzərindədir

Tarix: 04 Feb 2026 17:22

Zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınması təşəbbüsü masa üzərindədir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur.

Zaxarova vurğulayıb ki, Tehranın zənginləşdirilmiş uranı ölkədən çıxarmaq barədə qərar vermək hüququ var.

XİN sözçüsü əlavə edib ki, Rusiya ABŞ-İran danışıqlarının gərginliyin azaldılması istiqamətində tərəflərə addımlar atmağa imkan verəcəyinə ümid edir.

Fərid Əkbərov Zaxarova zənginləşdirilmiş uran İran Rusiya

Xəbər Lenti