Rusiya ordusu Donetsk bölgəsini kasetli sursatlarla atəşə tutub, 7 nəfər ölüb

Tarix: 04 Feb 2026 17:16

Rusiya ordusu Donetsk bölgəsindəki Drujkivski şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin “Telegram” kanalında bildirib.

“Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib. Hazırda 7 nəfərin həlak olduğu, 8 nəfərin isə yaralandığı məlumdur”, - vilayət rəhbəri qeyd edib.

Onun sözlərinə görə, sənaye zonası, üç hündürmərtəbəli bina və üç fərdi ev zədələnib.

İlqar Xudiyev Donetsk Rusiya ordusu Ukrayna hava zərbəsi

Xəbər Lenti