“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır

Tarix: 04 Feb 2026 19:09

“The Washington Post” maliyyə problemlərinə görə əməkdaşların kütləvi ixtisarına başlayır.

APA xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qəzet idman bölməsini tamamilə ləğv edəcək və beynəlxalq xəbərlər bölməsinin əməkdaşlarının sayını azaldacaq.

Nəşrin İcraçı redaktoru Matt Murray ixtisarlar barədə əməkdaşları məlumatlandırıb. Eyni zamanda, qeyd olunub ki, ixtisarlar bütün şöbələri əhatə edəcək.

O da bildirilib ki, qəzet siyasət və dövlət idarəçiliyi mövzularında yazılara yer ayırmağa davam edəcək.

İlqar Xudiyev Washington Post maliyyə problemləri kütləvi ixtisarlar

Xəbər Lenti