Tramp Çin lideri ilə İran və Tayvanı müzakirə edib - YENİLƏNİB

Tarix: 04 Feb 2026 19:54

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığının uzun və ətraflı olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib.

O qeyd edib ki, telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyət, Rusiya-Ukrayna müharibəsi, ticarət və hərbi məsələlər, eləcə də Tayvan mövzusu müzakirə olunub.

ABŞ Prezidenti Çin lideri ilə aparılan müzakirələri yüksək qiymətləndirərək, aprel ayında Çinə səfər etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

“Çinlə münasibətlər və Si Cinpinlə şəxsi münasibətlərim son dərəcə yaxşıdır və hər ikimiz bunun qorunmasının nə qədər vacib olduğunu anlayırıq. İnanıram ki, Prezidentliyimin növbəti üç ili ərzində Si Cinpin və Çin Xalq Respublikası ilə bir çox müsbət nəticələr əldə ediləcək”, – Tramp qeyd edib.

***

17:49

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Çin lideri bu gün Rusiya Prezidenti Vladimir Putinlə videokonfrans formatında görüş keçirib.

İlqar Xudiyev Tramp Si ABŞ Çin

Xəbər Lenti