Umerov: Görüş əsaslı və məhsuldar idi

Tarix: 04 Feb 2026 21:08

Ukrayna nümayəndə heyəti Rusiya-Ukrayna müharibəsinin həllinə yönəlmiş Rusiya və ABŞ ilə üçtərəfli danışıqların ilk günündən sonra Prezident Volodimir Zelenski üçün hesabat hazırlayır.

APA xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov öz məlumat verib.

"Görüş əsaslı və məhsuldar idi. Konkret addımlara və praktik həllərə yönəlmişdi. Prezident Volodimir Zelenski üçün hesabat hazırlayırıq", - deyə o qeyd edib.

Umerov danışıqların 5 fevral, cümə axşamı günü davam etdirilməsi planlaşdırıldığını bildirilib.

Xəbər Lenti