XİN: Rusiya ABŞ-dan START müqaviləsinin məhdudiyyətlərinə riayət etmək təklifinə rəsmi cavab almayıb

Tarix: 04 Feb 2026 22:24

Rusiya ABŞ-dan START (strateji hücum silahlarının məhdudlaşdırılması) müqaviləsinin məhdudiyyətlərinə riayət etmək təklifinə rəsmi cavab almayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-ABŞ arasında START Müqaviləsinin müddətinin bitməsi ilə bağlı yaydığı bəyanatda bildirib.

Qeyd olunub ki, Rusiya START-ın tərəflərinin artıq müqavilənin öhdəlikləri ilə bağlı olmadığını və növbəti addımlarını seçməkdə sərbəst olduqlarını düşünür.

"Rusiya START-ın müddəti bitdikdən sonra təhdidləri azaltmaq üçün qəti hərbi-texniki əks tədbirlər görməyə hazırdır. Rusiya məsuliyyətli və ehtiyatlı davranmaq niyyətindədir. Rusiya strateji vəziyyəti sabitləşdirmək üçün siyasi və diplomatik yolları araşdırmağa açıqdır", - bəyanatda bildirilib.

O da vurğulanıb ki, ABŞ Rusiyanın START məhdudiyyətləri ilə bağlı təşəbbüsünü qəsdən görməzdən gəlib: "ABŞ-ın Rusiyanın START təşəbbüsünə yanaşması yanlışdır və bu təəssüf doğurur. Rusiya START üzərindəki siyasətini ABŞ-ın hərəkətlərinin və ümumi vəziyyətin hərtərəfli təhlili əsasında quracaq".

Fərid Əkbərov

Xəbər Lenti