İranın Baş Qərargah rəisi: Düşmənlərin istənilən hərəkətinə hazırıq

Tarix: 04 Feb 2026 23:48

Düşmənlərin istənilən hərəkətinə hazırıq, həmçinin, 12 günlük müharibədən sonra müxtəlif müharibə siyasəti və düşmənlərə sarsıdıcı cavab siyasəti qəbul etməklə hərbi doktrinamızı müdafiədən hücuma dəyişdirdik.

APA ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi bildirib.

"İran bütün texniki aspektlərdə ballistik raketləri təkmilləşdirməklə özünün çəkindirmə gücünü gücləndirə bilib", - o qeyd edib.

Xəbər Lenti