Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 01:46
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İran ətrafındakı vəziyyətlə bağlı ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün fevralın 5-də Qətərə səfər etməsi gözlənilir.
APA xəbər verir ki, bu barədə “Axios”ın əməkdaşı, jurnalist Barak Ravid öz mənbələrinə istinadən məlumat verib.
"ABŞ rəsmiləri bildiriblər ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin cümə axşamı günü İranla bağlı baş nazirlə danışıqlar aparmaq üçün Qətərə səfər etməsi gözlənilir", - o “X” hesabında yazıb.