Overçuk: Ermənistan Aİ-nin Rusiyaya qarşı hərbi-siyasi ittifaqa çevrilməsini nəzərə almalıdır

Tarix: 05 Feb 2026 08:46

“Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa çevrilməsini nəzərə almalıdır”.

APA xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O bildirib ki, Yerevanın Aİ-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını qəbul etməsi vacibdir.

"Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər özlərinə də bu sualı verməli olacaqlar", - o əlavə edib.

Xəbər Lenti