Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 11:47
Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş var.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli görüşün gedişatı barədə danışarkən bildirib.
Putinin xüsusi nümayəndəsi Britaniya və Avropanın “müharibəni qızışdırmalarına” baxmayaraq, Əbu-Dabi danışıqlarında müsbət irəliləyiş olduğunu açıqlayıb.
“Görüşlər müsbət şəkildə davam edir. Şübhəsiz ki, inkişafı, yaxşı və müsbət irəliləyişi görürük”, - o vurğulayıb.
Dmitriyev Avropa və Britaniyanı danışıqlar prosesinə daim müdaxilə etməkdə və onu pozmağa çalışmaqda ittiham edib.
Fərid Əkbərov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Ukrayna