Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 14:36
Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 hərbi əsirin mübadiləsi ilə bağlı razılığa gəlib.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X”-də bildirib.
“Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları nəticəsində əldə edilib. Bu cür mühüm addımlar göstərir ki, davamlı diplomatik fəaliyyət real nəticələr verir və Ukraynadakı müharibənin sonlanmasına doğru irəliləyir”, - o qeyd edib.
Uitkoff danışıqların davam etdiriləcəyini və yaxın həftələrdə əlavə irəliləyişlərin gözlənildiyini vurğulayıb.
İlqar Xudiyev Uitkoff Ukrayna Rusiya ABŞ sülh danışıqları əsirlərin mübadiləsi hərbi əsir