Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 14:22
Rusiya şimaldan Ermənistana qarşı hansısa təhdid barədə bəyanatlar eşitməyi qəribə hesab edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdə deyib.
Rusiya xarici işlər naziri İrəvandan hibrid təhdidlər barədə verilən açıqlamalara toxunub. O qeyd edib ki, Avropa İttifaqı daim Ermənistanı Rusiya ilə, ya da onlarla birlikdə olmaq arasında məcbur seçim qarşısında qoyur.
Lavrov Rusiyanın Moskvanın müttəfiqi olan Ermənistanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb: “Biz son illərdə ən yüksək, siyasi və parlament səviyyələrində əlaqələrimizin davamlı və çox intensiv şəkildə inkişaf etdiyini əsas götürürük. Biz bunda maraqlıyıq. Ermənistan bizim müttəfiqimiz, strateji tərəfdaşımızdır. Cənubi Qafqazdakı vəziyyətin nə qədər çətin olduğunu görürük”.
Fərid Əkbərov Rusiya xarici işlər naziri Sergey Lavrov Alen Simonyan Cənubi Qafqaz Rusiya-Ermənistan münasibətləri Aİ