Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 14:03
“Qərb mediasının amerikalı maliyyəçi Cefri Epşteynin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olması ilə bağlı xəbərləri ciddiyə alına bilməz”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov rəsmi Moskvanın bu cür xəbərləri ciddiyə almadığını qeyd edib.
“Bu cür xəbərlərlə daha çox zarafat etmək istəyirsən, gəlin vaxtımızı buna sərf etməyək”, - Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn faylları”nda Rusiya Prezidenti Vladimir Putinin adı dəfələrlə çəkilib.
Fərid Əkbərov Kreml Epşteyn Rusiya kəşfiyyat orqanları ABŞ