Ukrayna “Flaminqo” raketləri ilə “Oreşnik”in buraxılış poliqonuna uğurlu zərbə endirib

Tarix: 05 Feb 2026 14:50

Ukrayna ordusu yanvar ayında uzaqmənzilli “Flaminqo” raketləri ilə Rusiyanın “Oreşnik” raketlərini buraxdığı “Kapustin Yar” təlim poliqonuna zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar ayında Ukrayna ordusu Həştərxan bölgəsindəki “Kapustin Yar” təlim poliqonunda orta mənzilli ballistik raketlərin start hazırlığının keçirildiyi anqar tipli bina kompleksinə uğurlu zərbə endirib, nəticədə poliqonun infrastrukturuna ziyan dəyib.

“Əldə edilən məlumata görə, poliqonun ərazisində bir neçə binaya müxtəlif dərəcədə ziyan dəyib, anqarlardan biri ciddi şəkildə zədələnib, ərazidən bir qrup şəxsi heyət təxliyə edilib”, - Baş Qərargahın məlumatında qeyd olunub.

İlqar Xudiyev Flaminqo raketi Oreşnik raketi Kapustin Yar poliqonu zərbə Rusiya Ukrayna

Xəbər Lenti