Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 17:24
ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığı məlumat yayıb.
Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub.
“Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, - komandanlıqdan bildirilib.
Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.
Toğrul Quluzadə ABŞ Rusiya hərb kontakt əlaqə bərpa ABu Dabi