Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 18:04
Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin Rusiya ərazisi kimi hər hansı "tanınması" Moskvaya heç nə verməyəcək. Çünki bu əraziləri heç kim tanımayacaq və ən əsas məsələ odur ki, Ukrayna özü bunu tanımayacaq.
APA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Polşa Baş naziri Donald Tuskla birgə mətbuat konfransında deyib.
Zelenski xatırladıb ki, Rusiya Donbası "rus torpağı" kimi tanımağı tələb edir, hətta başqa ölkələrin rəhbərlərindən biri belə bu addımı atsa, bu da onlara heç nə verməyəcək.
O, Polşanın da buna getməyəcəyini diqqətə çatdırıb.
“Digər tərəfdən, Ukraynanın sənədləri imzalayan öz prezidenti var. Şükürlər olsun ki, başqa liderlər Ukrayna adından müvafiq mühüm sənədləri imzalamır”, - Zelenski qeyd edib.
İlqar Xudiyev Zelenski Donbas Rusiya Ukrayna