Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 19:32
Əgər İrəvan dəvət göndərərsə, Moskva Ermənistandakı parlament seçkilərinə müşahidəçilər göndərəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, bu məsələ, digər məsələlərlə yanaşı, Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşdə müzakirə olunub: “Biz yalnız bir şey arzulayırıq: Ermənistanın çiçəklənməsi və firavanlığı, Ermənistandakı siyasi vəziyyətin sabit olması, çünki biz erməni xalqı ilə əlaqələrimizə çox dəyər veririk, qiymətləndiririk".
Fərid Əkbərov Valentina Matviyenko Ermənistanda parlament seçkiləri