Cümə, 6 Ferval, 2026
Tarix: 05 Feb 2026 23:18
ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda atəşkəs rejiminin həyata keçirilməsi yolları müzakirə edilib. APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, görüş konstruktiv keçib və iştirakçılar dayanıqlı sülh üçün şəraitin yaradılmasına fokuslanıblar.
“İki gün ərzində nümayəndə heyətləri açıq qalan məsələlər üzrə geniş müzakirələr aparıb. Bunlara atəşkəsin təmin olunması və hərbi fəaliyyətin dayandırılmasına nəzarət mexanizmləri də daxildir”, – deyə Uitkoff qeyd edib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, müzakirələrin yaxın həftələrdə davam etdirilməsi planlaşdırılır.